başı kəsik gözəl kötük

budağı sənə kim çəkdi?

baltanı sənə kim vurdu

pıçağı sənə kim çəkdi?

ipək-ipək yarpaqların

küləklərlə talandımı?

bilək-bilək budaqların

ocaqlara qalandımı?

küsdünmü talein acılığından?

zalimlər keçmədi qocalığından

yıxıldın ucalığından

başı kəsik gözəl kötük...


gözəl kötük, sızıldama göynəmə

nə baltalar nə pıçaqlar qalacaq

ucalıqdan yıxılsanda ğəm yemə

sən yıxılan ucalıqlar qalacaq.

dünyanın küləyi keçər

qarı-yağışı keçər

qatar-qatar quşu keçər

daş atarlar, daşı keçər

sən yıxılan ucalıqdan.


umidlər gözlər dikilər

körpə ağaclar yekələr

yekələr, qalxar, dikələr

sən yıxılan ucalığa...


məndən sənə salam olsun

başı kəsik gözəl kötük 

əyilim köksünə başımı qoyum

gecələr laylamı çalasan mənim

böyründə bir evin daşını qoyum

evimin dirəyi olasan mənim.


gözəl kötük 

yaraların köz bağlasın sağalsın

bu dünyada

nə baltalar nə pıçaqlar qalacaq

ucalıqdan yıxılsanda

yenə canın sağ olsun

bu dünyada

sən yıxılan ucalıqlar qalacaq...

♦Ramiz Rövşən♦



پنجشنبه 31 مرداد 1392
بؤلوملر : قـاریشــیق,