Susdum... düşündüm .... güman eylədim سوسدوم... دوشوندوم .... گومان ائیلهدیم
Gizlədim bu dəli sevdamı səndən, گیزلهدیم بو دلی سئودامی سندن،
Səbəbsiz, könlümə divan eylədim سببسیز، كؤنلومه دیوان ائیلهدیم
Nə qədər varlığım cəhd etdi bilsən نه قدر وارلیغیم جهد ائتدی بیلسن
İnadkar sükutu əyə bilmədim اینادكار سوكوتو ایه بیلمهدیم
Sənə öz eşqimi deyə bilmədim سنه اؤز عشقیمی دئیه بیلمهدیم
Baxışım gizləndi gözdən utandı باخیشیم گیزلندی گؤزدن اوتاندی
Ürəyim titrədi sözdən utandı اورگیم تیترهدی سؤزدن اوتاندی
Üz-üzə gələndə üzdən utandı اوز-اوزه گلنده اوزدن اوتاندی
Atəşim bağırdı közüm ağladı آتشیم باغیردی كؤزوم آغلادی
Bu nə üsyandır bilə bilmədim بو نه عصیاندیر بیله بیلمهدیم
Sənə öz eşqimi deyə bilmədim سنه اؤز عشقیمی دئیه بیلمهدیم
Nələri gizlədi nələri qəlbim نهلری گیزلهدی نهلری قلبیم
Nələri səninlə bölmək istədim نهلری سنینله بؤلمك ایستهدیم
Hər anın yerinə güçüm tükəndi هر آنین یئرینه گوچوم توكندی
Hər fikrin sonunda bir təkcə səndin هر فیكرین سونوندا بیر تكجه سندین
Yolunda duman var silə bilmədim یولوندا دومان وار سیله بیلمهدیم
Sənə öz eşqimi deyə bilmədim سنه اؤز عشقیمی دئیه بیلمهدیم
Divanə könlümün ümüdü sənsən دیوانه كؤنلومون اومودو سنسن
Bu sirrli aləmi, duymazki çoxu بو سیررلی عالمی، دویمازكی چوخو
Bəlkə anlayasan, bəlkə biləsən, بلكه آنلایاسان، بلكه بیلهسن،
Gözümdə bir dərya sözüm var oxu گؤزومده بیر دریا سؤزوم وار اوخو
Usandı nitqimnən dinə bilmədim اوساندی نیطقیمنن دینه بیلمهدیم
Sənə öz eşqimi deyə bilmədim. سنه اؤز عشقیمی دئیه بیلمهدیم.