عشق "یاخشی گئجه‌لر اؤپوشو"نو اوزون توتماقدیر.
Eşq "Yaxşı gecələr öpüşü"nü uzun tutmaqdır.
گؤزله‌مه‌دیر.
Gözləmədir.



عشق دلیجه‌سینه عشق‌بازلیق ائدركن یانینداكی‌نین هئچ بیر شئی ائتمه‌مه حاقینی تسلیم ائتمكدیر.
Eşq dəlicəsinə eşqbazlıq edərkən yanındakının heç bir şey etməmə haqqını təslim etməkdir.
حؤرمتدیر.
Hörmətdir.


عشق ضعیفلیكلرینیز اولدوغونو اورتایا چیخارار.
Eşq zəiflikləriniz olduğunu ortaya çıxarar.
قبول ائتمكدیر.
Qəbul etməkdir.



عشق ایندی زامانی دئییل دئیه گؤزله‌میی بیلمكدیر.
Eşq indi zamanı deyil deyə gözləməyi bilməkdir.
صبیردیر.
Səbirdir.



عشق ساچلاردا باشلاییب توپوقلاردا بیتن بیر گزینتیدیر.
Eşq saçlarda başlayıb topuqlarda bitən bir gəzintidir.
كشفدیر.
Kəşfdir.



عشق "سئویشك" دئمه‌دن سئویشمك، یانینداكی‌نین نه ایسته‌دیگینی بیلمكدیر.
Eşq "Sevişək" demədən sevişmək, yanındakının nə istədiyini bilməkdir.
راضیلاشماقدیر.
Razılaşmaqdır.



عشق باغلاندیغینی ساندیغیندا، قارسینداكینا "خئیر" دمه شانسینی تانیماقدیر.
Eşq bağlandığını sandığında, qarsındakına "xeyr" dəmə şansını tanımaqdır.
اینجه‌لیكدیر.
İncəlikdir.



عشق قوروماقدیر.
Eşq qorumaqdır.
مسئولیتدیر.
Məsuliyyətdir.


عشق "دایانما یوخسا سنی اؤلدوره‌رم" سؤزونو ائشیتمكدیر.
Eşq "Dayanma yoxsa səni öldürərəm" sözünü eşitməkdir.
شهوتدیر.
Şəhvətdir.



عشق ائوینیزده‌كی هر شئیین یئری‌نین دیَیشدیریلمه‌سینی قبول ائتمكدیر.
Eşq evinizdəki hər şeyin yerinin dəyişdirilməsini qəbul etməkdir.
تسلیمیتدیر.
Təslimiyyətdir.



جمعه 13 دی 1392
بؤلوملر : سئوگی,