Sevgilim gedirsən yolundan qalma,
Yaxşı yol mənidə yadına salma.
Heç kimsədən məni xəbər alma,
Oturub mənim üçün ağla ürəkdən.

Yalansan sevgilim incimə məndən,
Tək səvgi istədim bir ömür səndən.
Artıq təsəllim yox heç bir kimsədən,
Oturub mənim üçün ağla ürəkdən.

Gör məni nə hala saldı məhəbbət,
Bilmədim gözləyir məni xəyanət.
Bundan sonra mənə eyləmə hörmət,
Oturub mənim üçün ağla ürəkdən.

Nə gözəl oynadın mələk rolunu,
Yalandan boynuma sardın qolunu.
Oynaya bilmədim mən bu oyunu,
Oturub mənim üçün ağla ürəkdən.

ANAR bir uşaq tək nahaq inandı,
Açıb dərdini sənə bağlandı.
İndidə yollarım tozdu,yamandı,
Oturub mənim üçün ağla ürəkdən.


سئوگیلیم گئدیرسن یولوندان قالما،
یاخشی یول منیده یادینا سالما.
هئچ كیمسه‌دن منی خبر آلما،
اوتوروب منیم اوچون آغلا اوركدن.

یالانسان سئوگیلیم اینجیمه مندن،
تك سوگی ایسته‌دیم بیر عومور سندن.
آرتیق تسللیم یوخ هئچ بیر كیمسه‌دن،
اوتوروب منیم اوچون آغلا اوركدن.

گؤر منی نه حالا سالدی محبت،
بیلمه‌دیم گؤزله‌ییر منی خیانت.
بوندان سونرا منه ائیله‌مه حؤرمت،
اوتوروب منیم اوچون آغلا اوركدن.

نه گؤزل اوینادین ملك رولونو،
یالاندان بوینوما ساردین قولونو.
اوینایا بیلمه‌دیم من بو اویونو،
اوتوروب منیم اوچون آغلا اوركدن.

آنار بیر اوشاق تك ناحاق ایناندی،
آچیب دردینی سنه باغلاندی.
ایندیده یوللاریم توزدو،یاماندی،
اوتوروب منیم اوچون آغلا اوركدن.

چهارشنبه 18 دی 1392
بؤلوملر : سئوگی,