Bir dərdə düşmüşəm bu el içində
Nə dərdi bəladı? bir xəbər al sən.
Ruhum candan çıxıb səfər eyliyir
Yolu hayanadı? bir xəbər al sən

Bir gözəl gördüsə, itirir yolu
O nə sag bilir, nə də ki solu
Axı əldən düşdüm, a zalım oglu
Yolun hayanadı? bir xəbər al sən

Eşqin yollarında oldu piyada
Nə dosta yaxınıq nə də ki yada
Böyle bir gözəli, bu basabasda,
Kim axtarıb tapar ? bir xəbər al sən

Dost tanış yaninda zail olmuşam
Bir əfi ilana məftun olmuşam
Sehrinə düşmüşəm, cadu olmuşam
Tilsimi kim açar?bir xəbər al sən

Kaş ki sən alaydın mənim canımı
Qutar əzablardan Səfər zalımı
Axı itirmişəm tapın yarımı,
Yarin heç varmıydı?... bir xəbər al sən
.

چهارشنبه 18 دی 1392
بؤلوملر : سئوگی,