gəl əl-ələ tutub gedək,
gedək biz olmayan yerə.
hər dərdi unudub gedək
dərdimiz olmayan yerə
burada qoyaq özümüzü,
bu qırışan üzümüzü
bu köhnələn sözümüzü
gedək söz olmayan yerə
bir kimsə tutmasın xəbər,
gəl çıxıb gedək bir təhər
bu ev, bu küçə, bu şəhər,
bu dəniz olmayan yerə.
atam oğlu, az çabala,
sən deyən çətin tapıla,
bu Ramizi kim aparar
bu Ramiz olmayan yerə?!...
♦Ramiz Rövşən♦