De, Hardasan ?" - İradə İbrahimova
Sən gedəndən şərik oldum kədərə
Dərdlərimi bölə-bölə yaşadım
Mən bilirdim ömrüm gedir boş yerə
Mən bunları bilə-bilə, damla-damla,gilə-gilə yaşadım !
Sən gedəndən əsir oldum kədərə
Dərdlərimi bölə-bölə yaşadım
Mən bilirdim ömrüm gedir hədərə
Mən bunları bilə-bilə, damla-damla,gilə-gilə yaşadım !
Yaşadım bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Səni mən sevgimlə yaşadım !
Yaşadım bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Səni mən sevgimlə yaşadım !
De, hardasan ? - Yerini söylə, mən gəlim
Yarım qalan ümidlərim, səni deyə-deyə ağlar !
De, hardasan ? - Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim, ümid yollarımı bağlar !
De, hardasan ?
Ürəyim səni çox sevdi, bilmədim !
Bu istəyin ağrısıyla yaşadım
Göz yaşım qəlbimə axdı, dinmədim
Bu yaşları gilə-gilə, damla-damla, silə-silə yaşadım !
Yaşadım bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Səni mən sevgimlə yaşadım !
Yaşadım bir bilsən necə?
Yaşadım hər tənha gecə
Saxlayıb qəlbimdə gizlicə
Səni mən sevgimlə yaşadım !
De, hardasan ? - Yerini söylə, mən gəlim
Yarım qalan ümidlərim, səni deyə-deyə ağlar !
De, hardasan ? - Sevgimə çatmayır əlim
Sənsiz yaşanan illərim, ümid yollarımı bağlar !
De, hardasan ?