Almanı atdım xarala
Qaldı sarala-sarala
Dağlarda döndüm marala
Ay tirmə köynək, Ay sarı çəpkəy
Ay tirmə köynək, Sarı çəpkəy
Gəlin haralısan?
Özü göyçək, sözü göyçək
Hara maralısan?
Gəlin gedək bizim bağa,
Hərə çıxaq bir budağa
Gül tökülüb gül yanağa
Ay gül yanaqlı, Al buxaqlı
Gəlin haralısan?
Ay gül yanaqlı, Gül buxaqlı
Gəlin haralısan?
Özü göyçək, sözü göyçək
Hara maralısan?
Yarın bağında üzüm məskəni
Bağın dalından həzin səs gəlir
Sağ ol gəl, var ol gəl
Bir gecə mehman ol gəl
Sevgi nəğməsi -- İradə İbrahimova
Sən mənə tanrıdan, ən əziz payımsan
Səadət qoymaz ki, uzağa düşək biz.
Taleyin qisməti, mənimsən hər zaman,
Vüsal yollarında hər gün görüşək biz.
İtib xəyallarda təki batmasın,
Sevginin özünə bir həyat verək biz
Səni yad baxışlar, qoy aldatmasın
Hicransız, həsrətsiz günləri görək biz.
Şirin sözlərinlə, açılanda səhər
İçərik birlikdə eşq piyaləsin biz
Ötər dəqiqələr, necə də bəxtəvər
Gəl yenə oxuyaq sevgi nəğməsin biz.
İtib xəyallarda təki batmasın,
Sevginin özünə bir həyat verək biz
Səni yad baxışlar, qoy aldatmasın
Hicransız, həsrətsiz günləri görək biz
Seni yeniden görmek hevesi {hevesi}
Seni yitirem beni, sevgi gözleri yüreğin lalesi {lalesi}
Kalbimin resmini çek, gör bir orada neler var
Senden menden
Yüreğim seni arzular ahhh…
[Nakarat] x 2
Resmimi çeke çeke herden, gözlerini çeke çeke menden kalbim yanar
Çeke çeke çeke çeke senden x 2
Gören beğenir beni
Seni bağlanır görüm lalesi {lalesi}
Ah severem seni sense ömrümü deştin nefesi {nefesi}
Sevginin öf yolu var
Üstüme intizar
Gel gel, gel gel
Yüreğim seni arzular ahhh…
Azeri Kızı Günel – Resmimi Çeke Çeke
Ay qız gəzmə aralı,
Könlüm səndən yaralı
Gözlərinə heyranam
Azərbaycan maralı.
Sən bulaq üstə gələndə,
Qıyqacı baxıb güləndə,
Aldın səbri qərarımı
Azərbaycan maralı.
Mən qurbanam gözlərə,
Şirin şirin sözlərə,
Bir qonaq gəl bizlərə
Azərbaycan maralı.
O günə qurban kəsərəm,
Gəlməsən səndən küsərəm,
Gəzərəm səndən aralı,
Azərbaycan maralı.
Gedək qırx qız yaylağına,
Maral ceyran oylağına,
İnək isa bulağına
Azərbaycan maralı.
Turş su olsun yaylağımız,
Gözəl şuşa oylağımız,
Sən Olaydın Qonağımız,
Azərbaycan maralı
Səni sevdim xoş gün görmədim
Nələr etdim, qədrimi bilmədin
Məni tutdun qəlbindən uzaq
Hiss edirdim gələcək bir sabah
Deyəcəksən sənə yad olmuşam
Yalan demişdim, sevmirəm səni
Neçə gözlər yolda qoymuşam
Bağışla, gedirəm…
Mən də sənə inanırdım
Niyə bilmədim belə olar
Heç səndən gözləməzdim
Qəfil arxadan məni vurar
Ağlayanda ağlayırdım
Sən güləndə gülürdüm
Onda yalanına göz yumurdum
Çünki mən səni sevirdim.
Mus/Söz: Ceyhun Əliyev
Az ona-buna qısqan məni
Sənsən ürəyimin təbi
Ay mənim dəəli balaam
Sevirəm təkcə səni
Neylirəm mən özgəni
Ay mənim dəli balaam ))
Hər dəfə dalımca boylanma
Belə olmaz daha canım
Gəl məni yersiz qısqanma
Belə olmaz daha canım
Mən də səni düzdür qısqandım
Amma ki, yerində yarım
Sevdim səni, yandım, odlandım
Amma yerində yarım
Az ona-buna qısqan məni
Sənsən ürəyimin təbi
Ay mənim dəəli balaam
Sevirəm təkcə səni
Neylirəm mən özgəni
Ay mənim dəli balaam ))
Mənim eşqimə səbəbkarsan
Özgəsini neyləyirəm de
Ürəyimdə hələ də varsan
Özgəsini neyləyirəm de
Kimsə sənə baxsa yarım
Onda yanıb, odlanıram
Bu özümdən aslı deyil
Səni hamıya qısqanıram
Az ona-buna qısqan məni
Sənsən ürəyimin təbi
Ay mənim dəəli balaam
Sevirəm təkcə səni
Neylirəm mən özgəni
Ay mənim dəli balaam ))
Elə vxtlar olub ki, sən də
Özgəsinə gizli baxıbsan
Onu heç düşünməyibsən ki
Məni yandırıb, yaxırsan
Mən özgəyə başqa gözlə
Bil ki, baxmaram Həyatım
Kimsə baxsa,mınsə ona
gəl ki, baxmaram Heyatım
Az ona-buna qısqan məni
Sənsən ürəyimin təbi
Ay mənim dəəli balaam
Sevirəm təkcə səni
Neylirəm mən özgəni
Ay mənim dəli balaam ))
یل وردی سیندیردی سنبلومیزی یار
فلك آیرو سالدی هر ایكیمیزی یار
اولموشم مجنون و داغلار دولانام یار
سن شیرین من فرهاد داغلاری یارام یار
كرم و اصلینی اتونا یانام یار
آقلاما آقلاما قوی بهار اولسون یار
داش اوره ك لرده یانیب داشلاری سیندیردی موغام،
حاققا دوشمان اولانی حاقــــــــا تاپیندیردی موغام ،
دفن ائدین سیز منـــــــی زابل سئگاه یه مایه سینه،
دئیــــــرم بلكه منی بیر گــــون اویــاندیردی مــوغام.
عزیز دوستوم منن كؤسوب اینجد ی
آیریلیب یادكیمی چیخدی ائویمنن
گئدتی یولاری اود باسیب ایندی
او گئدیب قالمیشام حسرتینده من
نئجه نغمه قوشیم نئجه دینییم
دوست گئدیب اؤزمه گله بیلمیرم
اله بیل الریم یوخولوب منیم
گؤزیمن یاشینی سیله بیلمیرم
چالدیغیم او سازی گتیرین منه
گؤرین كی چالماغدا نئجه ماهریم
الیم دیین بیر جه تئلینه
سیم لر هاری چكیب قیرلدی او دم
نئجه نغمه قوشیم نئجه دینییم
دوست گئدیب اؤزمه گله بیلمیرم .
مارال قاچار داغ اوسته ، بولبول اوچار باغ اوسته
نیه مندن كوسورسن ، داغ چكیرسن داغ اوسته
گئتمه گئتمه مارالیم ، نه كی دردین وار آلیم
گؤزلرینه باخماسام ، گؤزلریمدن سالاریم
سئو كی سئون مرد اولار
سئومه ین نامرد اولار
بولبول ده گول باغیندا
بیرجه گوله بند اولار
سئوگیلینی قئناما ، اینانبرسان سئناما
دولانارام باشینا ، گلین اولسان آناما
سنه كونول باغلادیم ، چایلار كیمی چاغلادیم
من سنی بیر دویغو تك ، اوره گیمده ساخلادیم
قوشا خالین زیل قارا ، كیپریگینده میل قارا
اینانماسان عشقیمه ، آند ایچره م ایلقارا
بیر گون یووا قوراجاغام
بیر گون آنا اولاجاغیم
گولمه سه ده سنسیز اوزوم
اولاجاق دیر اوغلوم، قیزیم
باغریما باسیب بالامی
دویا دویا قوخلایاجام
مندن لای لای ایسته سه لر
بو نغمه نی اوخویاجام یار:
دئیه جم كی، قاووشماغا قویمادیلار بیزلری
آیریلار كن بولوت كیمی دولموش ایدی گؤزلری
دئیه جم كی، داغیلسایدی بوكولمزدی دیزلری
آیریلیق بوكدو بئلینی، آلدی الیمدن الینی
اویالانچی ایللر گونه دیمزمیش
گول وئردیم،وئردیییم گوله دیمزمیش
گوزوم ده چاغلایان سئله دیمزمیش
حئیف او سئوگییه ، او محبته
بیر دفه اوره كدن گوله بیلمه دیم
كونلومو كیمسه یه وئره بیلمه دیم
سندن باشقاسینی سئوه بیلمه دیم
حئیف او سئوگییه ، او محبته
سن سیز گئجه لریم یوخی بیلمه دی
ایچیمده آلیشان آهی بیلمه دی
من بیلدیم ، سن بیلدین، چوخو بیلمه دی
حئیف او سئوگییه ، او محبته
اوزومون اوزومدن آجیغیم گلیر
دوستلاریم كدرلی ، دوشمنیم گولور
اولن سئوگیمیزه یازیغیم گللیر
حئیف او سئوگیه ، اومحبته
سولطانق تاختیمیز دوریلدی نئجه
كولكسیز ، طوفانسیز سورولدی نئجه
او سئوگی نیفرته چئوریلدی نئجه
حئیف او سئوگیه ، اومحبته
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
چرشنبه گونونده، چشمه باشیندا
گؤزلریم آلاگؤز جانانا دوشدو.
آتدی موٍژگان اوخون، كئچدی سینه مدن
قاداسی، بالاسی جانیما دوشدو.
ایشارت ائیله دیم، دردیمی بیلدی
هم چوخ گؤزل ایدی، هم اهل یدیلدی
باشینی بولادی، گؤزوندن گولدو.
گولنده قاداسی قانیما دوشدو.
علسگرم هر علمدن حالییام
دئدیم سن طبیبسن, من یارالییام.
دئدی نیشانلییام، اؤزگه مالییام
سیندی قول- قانادیم یانیما دوشد
▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀▀
▀